Parlamentin bugünkü iclasında deputat Naqif Həmzəyev parklanma qiymətləri ilə bağlı danışıb.
O bildirib ki, paytaxtda ən ciddi problemlər olan tıxac və parklanma yerləridir: "Onların həlli ilə bağlı “AzParkinq” şirkəti ciddi bir iş gördü, amma qiymətlər yüksəkdir deyə vətəndaşlar o qədər pulu ödəmək istəmirlər”.
Maraqlıdır, qiymətlərin ucuzlaşması üçün hansı tədbirlər görülə bilər?
Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki,
"Bakıda həqiqətən parklanma ciddi problemdir. Baxmayaraq ki məsələnin həlli istiqamətində hansısa addımlar atılır, amma bunlar kifayət etmir. Çünki mənzillərə düşən parklanma sayı çox deyil. Nəzərə alsaq ki Bakıdakı binaların əksəriyyəti əvvəlki illərdə inşa olunub və sakinlər üçün bina xaricində avtomobil parklanma yerləri nəzərdə tutulub. Son dövr binalarda bəzi binalar üçün parklanmalar nəzərdə tutulsa da, təssüf ki hamısında belə deyil.
Dayanacaqların azdır, yaşayış binalarının həyətlərində maşınların saxlanılması üçün imkanların yaradılmayıb. Bu da vətəndaşları məcbur edir ki, öz avtomobillərini parkinqlərdə saxlasınlar. Bu da əlavə xərcdir, hansı ki qiymətlər hər bir vətəndaşın cibinə uyğun gəlmir.
Qiymətlər çox yüksəkdir. Bir və bir neçə ərazidə əgər avtomobili biz park etsək, kifayət qədər böyük pula baha başa gəlir. Bu da ailə büdcəsinə bəzən uyğun gəlmir. Buna görə də qiymətlər ucuzlaşdırılsa yaxşı olardı".
Aynur Əli