Azərbaycan nefti neçəyə satılır?

İQTİSADİYYAT
09:35 / 21.10.2023
330

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.72 dollar və ya 1.8% artaraq 97.68 ABŞ dollarına yüksəlib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0