Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi niyə azalıb?

İQTİSADİYYAT
16:47 / 23.10.2023
512

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 8,6 faiz azalıb.

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 807.7 milyon dollar azalaraq 19 milyard 234,9 milyon dollar təşkil edib.

Bəs, buna səbəb nədir?

İqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, azalmanın səbəbi neft və qaz qiymətləri ilə bağlıdır:

"Keçən il qaz qiymətləri çox baha idi. Bəzi hallarda 800-900, bəzən 1000 dollara qədər çatan vaxtları da olurdu. İndi qiymətlər azalıb, 300-400 civarındadır. Həcm olaraq artsa da, dəyər olaraq keçən ilə nisbətən xeyli azalıb. Ona görə də Avropa Birliyi ilə ticarət dövriyyəsində belə azalmalar müşahidə olunur. Avropa Birliyinə daha çox enerji daşıycılarını ixrac edirik. Neftin həcmi azalıb, qiyməti normal qalıb. Qazın isə qiyməti azalıb, həcmi artıb. Yəni, bu iki amil Avropa Birliyi ilə ticarət dövriyyəsinin azalmasına səbəb olub".

Aynur Əli

0