Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) məhkəməyə verilib.
Hit.az xəbər verir ki, MKTB-yə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protokol yazılıb.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
347-ci maddəyə əsasən, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Anar