Bu rayonlarda torpağın bir sotu 650 min manata satılır

İQTİSADİYYAT
22:26 / 23.10.2023
484

Bakıda ən bahalı torpaq sahələri olan rayonların adı açıqlanıb.

Bu barədə Valyuta.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə məlumat verib. 

Onun sözlərinə görə, bu gün ən bahalı torpaq sahəsi Nəsimi, Nərimanov və Səbail rayonları ərazisindədir. Ekspert bildirib ki, bu ərazilərdə torpağın 1 kv. metri 800 manatdan 6500 manat arasında satılır:

"Ən bahalı rayonlarda torpağın bir sotu 80 000 manatdan 650 000 manat arasında təklif olunur. Torpaq sahələri ən çox qeyri-yaşayış binalarının və çoxmənzilli binaların tikintisi üçün tələb olunur".

Ramil Qasımzadə qeyd edib ki, yeni tikilidə mənzillərin qiymətinə torpaq sahələrinin qiyməti birbaşa təsir edir və maya dəyərində xüsusi paya malik olur.

0