"Dönərxanalar cəmiyyətin bir bəlasına çevrilib".
Bunu Hit.az-açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr Azərbaycanda 15 mindən çox dönərxana olduğunu bildirib:
"İllər boyu biz bu bardə deyirik və hətta Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələni qaldırmışıq. Bildirmişəm ki, dönərxanalarda monitorinqlər aparılmalı və lazım olsa dəstək verib, nümunəvi dönərxanalar yaradılmalıdır. 2006-ci ildə ölkədə quş qripi tüğyan edəndə quş ətindən dönər qadağan olunub. Hələ qadağa götürlməyib, lakin hər yerdə toyuq dönərləri satılır. Toyuq əti tez xarab olan məhsuldur və buradan ciddi zəhərlənmələr baş verə bilər".
Eyyub Hüseynov hesab edir ki, istehlakçının aldığı mal təhlükəsiz olmalıdır:
"Qiyməti aşağı endirməklə bu qədər böyük şəbəkə heç nəyə məhəl qoymadan işlər görür və istehlakçıların həyatını təhlükə altında qoyurlar. AQTA bu işə cavabdehdir. Təəssüflər olsun ki, AQTA bu sahədə heç bir iş görmür, biz yalnız mətbuatda gedən yazıları oxuyuruq. Buradan görünür ki, ölkədə istehlakçı siyasəti zəifdir. Dövlət biznes qurumları üçün toxunlumaz şərait yaradıb. Bundan da biznes qurumları sui-istifadə edir. İstehlakçılar dönər alanda onun ətinin mənbəyi haqqında sənəd tələbi, satıçıdan onun tibbi müayinədən keçib-keçməməsi ilə bağlı soruşmaq və sənədə baxmaq hüququ var".
Sədr bu sahədə ciddi çevrilişlərin aparılmasına ehtiyac olduğunu vurğulayıb:
“Dönərdən baş verən zəhərlənmələr bizim qurumu narahat edir. Əgər bu dönərdən baş veribsə zəhərlənən insanlara kompensasiya verilməsi məsələsi də gündəmdə olmalıdır. Ümumiyyətlə, zəhərlənmə ilə bağlı statistikası düzgün aparılmır. Zəhərlənmə halları düzgün qeydiyyata alınmır. Bu sahədə ayrıca dövlət siyasəti olmalıdır. Zəhərlənmələr dünya götəricisindən 700 dəfə az göstərilir. Bu satatistikanın gizlədilməsi bilmirik kimə xidmət edir. Bu anaormal haldır və biz bununla razı deyilik”.
Eyyub Hüsenynov qeyd edib ki, standartlara uyğun hazırlanan dönərlər xüsui avtomobildə gətirilməlidir:
“Dönərlər bükülü və kardon qablarda qablaşdırılmalıdır. Belə dönərlər təhlükəsizdir. Dönərçilər isə hardan gəldi, necə gəlid ət əldə edib ət əldə edir, bu da bizim uzun ömürlülüyümüzə təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının uzun ömürlülər siyahısında 115 ölkədən geridəyik. Hətta üçüncü dünya ölkələrindən belə geridəyik”.
Azra