“Akkord Asfalt” MMC yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş başlanıb.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
347-ci maddədə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə nəzərdə tutulur.
“Akkord Asflat” MMC “Akkord” şirkətlər qrupuna daxildir.
“Akkord” isə keçmiş baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.
Anar