"2024-cu ildə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin artırılması nəzərdə tutulur. Əmək pensiyalarının orta aylıq məbləğində 10,7 faiz artım qeydə alınacaq. Gələn il əmək pensiyalarının orta aylıq məbləği 492,3 manat olacaq".
Bu fikirləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
O qeyd edib ki, pensiya məbləğlərindəki artım bu ilin yanvar ayında bütün növ əmək pensiyalarının indeksiya olunaraq artırılması ilə bağlıdır:
"Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Bu zaman 2023-cu ildəki orta aylıq əmək haqqıdakı artım faizi nəzərə alınmaqla pensiya məbləğinin artırılması həyata keçiriləcək".
Millət vəkilinin sözlərinə görə, artım əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:
"2023-cu ilədək təxminən 100 min vətəndaşın pensiya məbləği indeksiyaya olunmurdu. Ancaq indi qayda dəyişib. Nəticədə bu artım əhalinin sosial təminatının inkişafına səbəb olacaq".
Sevinc