Azərbaycana gələn turistlərin sayı niyə azdır? - İqtisadçı səbəbləri açıqladı

İQTİSADİYYAT
21:05 / 30.10.2023
653

"Azərbaycana gələn turustlərin sayı o qədər də çox deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycana gələn turistlərin sayınının artmasının səbəbləri haqqında danışarkən deyib. 

Ekspertin fikirincə, turistlərin sayının kəskin şəkildə ardığını demək doğru deyil:

"Çünki bu, ötən illə müqayisə edilib. Ötən il Azərbaycana az turist gəlib. Gələn turistlərin sayını heç qonşu Gürcüstanla müqayisə edə bilmərik".

Xalid Kərimli qeyd edib ki, Azərbaycan turistlərin sayına görə Gürcüstandan 4 dəfə geri qalıb:

"İndiki turist rəqəmləri 2015-ci illərdəki turist sayı ilə müqayisə edilə bilməz. Həmin dönəmdə 4 milyarddan yuxarı bir dövriyyə var idi. Biz bunu belə təhlil edə bilərik ki, ötən il ölkəyə daha az turist gəlib. Nəzərə alsaq ki, pandemiyadan sonra turizm sektorunun bərpası gedir. Baxmayaraq ki, hələ quru sərhədlər də açılmayıb".

Xalid Kərimli vurğulayıb ki, Avropadan Azərbaycana gələn turistlərin sayı ümumi turist artımına uyğundur:

"Birincisi, ötən ilin rəqəmləri daha az olub. İkincisi, bu kəskin artım deyil. Üçüncüsü, Azərbaycan hələ 2020-ci ildə qoyulan məhdudiyyətləri tədricən aradan qaldırır. Dördüncüsü, quru sərhədlər bağlıdır. Sərhədlər açılsa, ölkəyə daha çox turist gələr. Bir çox səbəblərdən quru səhədlər bağlı saxlanılır. Turizm ölkəmizin əsas inkişaf prioritetlərindən biridir. Bu arzuolunan səviyyədə deyil, Azərbaycan qonşu dövlətlərdən geridir”. 

Qeyd edək ki, bu ilin ilk 9 ayıda Azərbaycana gələn turistlərin sayı açıqlanıb. Belə ki əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb. Gələnlərin sayı Çindən - 8,2 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,9 dəfə, Hindistandan - 2,1 dəfə, Polşadan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,6 dəfə, Belarusdan - 1,6 dəfə, Moldovadan - 1,6 dəfə, Özbəkistandan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, ABŞ-dan - 41,4 faiz, Kanadadan - 41,1 faiz, İsraildən - 34,6 faiz, Gürcüstandan - 31,7 faiz, Niderlanddan - 30,2 faiz, Böyük Britaniyadan - 26,3 faiz, Küveytdən - 24,0 faiz, Fransadan - 23,2 faiz, Almaniyadan - 20,6 faiz, Türkiyədən - 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,6 faiz, Ukraynadan - 8,6 faiz artıb. 

0