6 ayın şirkəti ilə 350 minlik müqavilə

19:15 / 30.10.2023
800

Azərbaycan Texniki Universiteti “Qafqaz Vvood” MMC ilə 348 467, 33 manatlıq satınalma müqaviləsi bağlayacaq. 

Hit.az xəbər verir ki, şirkət universitetin sair torpaq tikili və avadanlıqların (bərk inventar) satın alınması ilə bağlı tenderinin qalibi olub. 

“Qafqaz Vvood” MMC 18 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nadirxanov Əli Rüfət oğludur.

Reyestr məlumatlarından göründüyü kimi şirkət 6 aydır fəaliyyət göstərir. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması şərtdir.

6 aydır fəaliyyət göstərən və barəsində heç bir məlumata rast gəlinməyən şirkətin bu şərtlərə cavab verəcəyi inandırıcı görünmür. 

Anar

0