Aydın Hüseynov: "Minimum əməkhaqqının artırılması bir çox sahələrdə maaşların artımına da səbəb olur"

İQTİSADİYYAT
16:08 / 31.10.2023
545

“Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyat şəraitinin təmin edilməsi dayanır. Son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib. Minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq, 130 manatdan 345 mataat qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb, gələn il bu rəqəm 270 manata çatdırılacaq. Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb. Bu sosial siyasətə əsasən, növbəti ildə də pensiya və təqaüdlərin, ünvanlı sosial yardımların və s. sosial müavinətlərin artırlıması nəzərdə tutulur”. 

Bu barədə  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov 2022-ci ildən tətbiq olunacaq yeni sosial tədbirlər paketini Hit.az-a şərh edərkən vurğulayıb. 

Millət vəkili bildirib ki, 2024-cü ildə minimum əmək haqqının 345 manat həddində olması nəzərdə tutulur. Bunun da səbəbi gələn il inflyasiyanın 5-6 fazi olmasıdır. Sözsüz ki, qiymət indekslıərinə baxaraq minimum əməkhaqqını artırılması da istisna deyil. Minimum əmək haqqının məbləğinin artması isə dövlət və özəl sektorda yüz minlərlə şəxsin əməkhaqqlarında əhəmiyyətli dəyişikliklərə səbəb olur. Belə ki, minimum əməkhaqqının 2023-cü ildə 345 manata çatdırılmsı nəticəsində əksər sahələrdə, o cümlədən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və digər sahələrdə çalışan on minlərlə şəxsin əməkhaqlarının da artırılması baş verib. Xüsusilə də minimum aylıq əmək haqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışankların həyat şəraitini yaxşılaşdırıb. Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının mislləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması yüz minlərlə işçinin maaşlarına təsir edir. 

A.Hüseynov deyib ki, minimum əməkhaqqının artması növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını da şərtləndirir. Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında əlavə artımlar da baş verə bilər. Ona görə də minimum əməkhaqqının artması mühüm sosial amil kimi ümumilikdə sosial siyasət tədbirlərin mühüm təkanverici hissəsidir.

Sevinc

0