Kirayə mənzillər bahalaşır?

İQTİSADİYYAT
18:38 / 01.11.2023
457

"İlin əvvəli və ötən ilin müvafiq dövrü ilə müqayisədə əmlak bazarındakı durumu stabil olaraq qiymətləndirməi olar".

Bu sözləri Hit.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, hazırda əmlak bazarının hər bir sahəsində qiymət artımı yoxdur:

"Dinamik qiymət artımı müşahidə olunmur. Nisbi qiymət dəyişmə meyilləri var. Amma bu dinamik xarakter daşımır. Deyə bilərik ki, bazar hazırda sabitdir. Kirayə mənzil bazarında  da aktiv dövr deyil. Nəzər yetirsək, bütün il boyu qiymətlərin müsbətə doğru dəyişdiyini müşahidə edərik. Bu isə ölkədə kirayə mənzil  partferinin həcminin sürətlə daralması ilə əlaqəlidir. Həm də təklif tələbi faktiki olaraq qarşılamır. Bu səbəbdən də qiymət artımları müşahidə olunur. Amma ümumi olaraq burada da əslində stabil və sabit dövrdür".

Aynur Əli

0