Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Bildiyiniz kimi, ölkəmizdə bir çox sahələrdə qiymət artımı davam edir.
Bəs, hazırkı durumda bu məbləğ yetərlidirmi?
İqtisadçı ekspert Eyyub Kərimli Hit.az-a açıqlamasında bildirib ki, bu gün bu rəqəmdən daha çox göstərici kimi istifadə olunur:
"Bu gün ölkəmizdə orta əmək haqqı 900 manatın üzərindədir. Minimum əmək haqqı artırılmaması özəl sektorun yükünü azaldır. Minimum əmək haqqı artırılanda həm də Sosial Müdafiə Fonduna ödənişlər çoxalır. Bu gün də özəl sektorda 1 milyona yaxın insan çalışır. Sözsüz ki, bu da sahibkarlığın yükünün azalmasına səbəb olur. 345 manatın təyin olunması o deməkdir ki, bundan aşağı maaş verilməsin. Bu o demək deyil ki, əmək haqqı elə bu qədər verilir. Digər tərəfdən bəzi sosial müavinətlərin təyin olunmasında minimum əmək haqqından sadəcə göstərici kimi istifadə olunur. Bu gün orta əmək haqqı mimimum əmək haqqından 3 dəfə çoxdur. Bu baxımdan, bu sadəcə müəyyən hesablamaların aparılmasl, sosial Müdafiə Fondunun ödənişləri üçün təyin olunan məbləğdir".
Aynur Əli