“Bakı Metropoliteni”-də qiymətlərin yenidən artacağı ilə bağlı iddialar yayılıb.
Qeyd edək ki, QSC-nin sədr müvani Hidayət Məmmədovun bildirib ki, 2022-ci ildə bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyini qeyd edib.
Bəs, bu amil qiymətlərin yenidən artırılması üçün səbəb ola bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, əslində bu rəqəm bütün stansiyaları əhatə etməyə bilər:
"Düşünmürəm ki, bu qiymət real ola bilər. Çünki metroda kifayət qədər sıxlıq var. Bu da metronun daha tez işləməsi, rentabelsiz olması, yəni, o sürətdə əlavə rəqabət aparacaq bir alternativin olmaması ilə əlaqəlidir. Bu amil insanların birbaşa metroya axınını şərtləndirir. Ona görə də düşünmürəm ki, hər stansiya üzrə qiymət bu cür ola bilər. Çünki elə stansiyalar var ki, həddindən artıq yüklənmələr ola bilir. Xüsusilə, pik saatlarda bir çox stansiyalar var ki, sərnişin axını çox olur. Qeyd edilən qiymət isə daha az sərnişin olan stansiyalarda bu qiymət ola bilər. "28 May" "Nizami", "Koroğlu", "Neftçilər" kimi metrostansiyalarda axın böyükdür. Günün istənilən saatında həmin stansiyalarda sıxlıq görə bilərsiniz. Bu səbəbdən yəqin kix həmkn qiymət adlarını da çəkdiyim stansiyalardan toplanan monitorinq nəticələrini əks etdirmir. Qiymət artımının olmasını demək isə çətindir. Hər halda bunu aidiyyatı qurumlar təyin edəcək. Bu məsələdə yeni stansiyaların çəkilişi amili özünü göstərir".
Aynur Əli