Bu ölkələrdə ictimai nəqliyyat pulsuzdur: Azərbaycanda isə... - SİYAHI

İQTİSADİYYAT
16:52 / 02.11.2023
494

Bildiyiniz kimi, ötən gündən etibarən “Bakı Metropoliteni”-də qiymətlərin yenidən artacağı ilə bağlı iddialar yayılıb. 

Belə ki, “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədovun bildirib ki, 2022-ci ildə bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyini qeyd edib. Bu da nəqliyyatın qiymətinin yenidən artacağı ilə bağlı iddiaları gündəmə gətirib 
Minumum əmək haqqının olduğu kimi qaldığını da nəzərə alsaq, ictimai nəqliyyatın qiymətinin yenidən artması narazılıqlar yaradıb.

Əslində, bir çox dünya ölkələrində pulsuz ictimai nəqliyyat təklif edilir. Bu praktikadan ölkəmizdə də tətbiq oluna bilər. 

Bəs hansı ölkələrdə ictimai nəqliyyat pulsuzdur?

Bu dəfəki araşdırmamızda həmin ölkələrlə bağlı sizi məlumatlandıracağıq.

Lüksemburq

Lüksemburqda vətəndaşlar ictimai nəqliyyata pul ödəmirlər. Qərbi Avropa ölkəsi dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ilk ölkədir.

1 mart 2020-ci ildə istifadəyə verilən tətbiq problemsiz davam edir.

Sərnişinlər pul ödəmədən və şəxsiyyət vəsiqəsi göstərmədən ölkə daxilində qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə bilərlər.

640 min əhalisi olan ölkədə təkcə vətəndaşlar deyil, həm də hər il ölkəyə gələn milyonlarla turist üçün ictimai nəqliyyat pulsuzdur.

Fransa

Dunkerk şəhəri ictimai nəqliyyatın pulsuz olduğu şəhərlərdən biridir. 200 min əhalisi olan bu şəhərdə bütün avtobuslar pulsuzdur.
Bundan əlavə, Fransanın 10-dan çox şəhərində də ictimai nəqliyyat pulsuz təşkil olunur.

Estoniya

Tallin ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ilk paytaxt kimi tarixə düşüb. Tallinn həm də şəhər daxilində pulsuz WiFi xidməti göstərən ilk şəhərdir. 

İngiltərə

Mançester Birləşmiş Krallığın şəhərləri arasında ən çox ziyarət edilən və məşhur şəhərlərdən biridir. Xüsusən də matçlara baxmaq üçün bu şəhərə çoxlu turist axın edir. Bunu nəzərə alaraq hökumət bu şəhərdə  "Metroshuttle" adlı 3 avtobus xəttini pulsuz edir və hər 10 dəqiqədən bir zəng xidmətləri göstərir. Bundan əlavə, Haddersfild və Ueykfild şəhərlərində də ictimai nəqliyyat pulsuzdur.

Belçika

Avropada pulsuz ictimai nəqliyyatı tətbiq edən ilk ölkələrdən biri olan Belçika bu təcrübəni 2006-2014-cü illərdə Hasselt şəhərində həyata keçirib. 

Bolqarıstan

Bolqarıstanın dağ şəhəri olan Samokov şəhəri xüsusilə qış turizmi baxımından önəmli yerlərdən biridir. 2008-ci ildən həm burada yaşayan 27.000 nəfərə, həm də bütün ziyarətçilərə ictimai nəqliyyat xidməti pulsuz təklif olunur.

Çexiya

Çexiyanın qış turizm mərkəzlərindən biri olan Fridek-Místek şəhərində 2011-ci ildən ictimai nəqliyyat hamı üçün pulsuzdur. Sonrakı digər iri şəhərlər də bu tendensiyaya qoşularaq şəhərin mərkəzində pulsuz ictimai nəqliyyat xidmətlərinə başlayıblar.

Farer adaları

Avropanın kiçik bir ölkəsi Farer adalarında 2007-ci ildən ictimai nəqliyyat pulsuzdur. Ekoloji cəhətdən təmiz şəhərlər proqramı çərçivəsində həyata keçirilən bu xidmətdən inanılmaz səmərəlilik əldə edilib.

Polşa 

Bu ölkə ictimai nəqliyyatın ən ucuz olduğu ölkələrdən biridir. Demək olar ki, bir çox şəhərlərdə yerli və xarici tələbələr və yerli sakinlər üçün ictimai nəqliyyat pulsuzdur.

Aynur Əli

0