İpoteka krediti ilə ev almaq qaydaları ildən-ilə daha da çətinləşdirilir. Bu da xüsusilə yeni evlənən cütlüklər üçün problemə çevirilir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, hazırda daxili kredit şərtləri daha yumşaqdır, nəinki İpoteka Fondunun:
"Bu kredit büdcədən ayrılan vəsaitdir, bir hissəsi isə bankların bazardan əldə etdiyi vəsaitdir. Fondun isə sərbəst vəsaiti müəyyən maliyyə mənbələrindən götürdüyü vəsaitdir. Bunlar geri qaytarılmalıdır. Buna görə də onlar öz risklərini hesablayır və müəyyən şərt qoyurlar. Bu şərtlərə cavab verən kontingent bu krediti ala bilər. Bundan əlavə, başqa sosial layihələr var. Kirayə evlərin verilməsi layihəsində şərtlər daha yumşaqdır, MİDA-nın güzəştli ev layihəsindən də yararlanmaq olar. Banklar öz daxili kreditləri hesabına daha yumşaq şərtlərlə ev almağa dəstək olurlar.
Tikinti şirkətləri də müddətli ödənişlərlə mənzil satırlar. Yəni, burada müxtəlif variantlar var. Biri uymursa, digəri mütləq uyğun olacaq. Bankların daxili kredit şərtləri daha yumşaqdır, nəinki İpoteka Fondunun".
Aynur Əli