"5-6 ilə qeyri-neft sektorunun payını 25 faizə qədər yüksəldəcəyik"

İQTİSADİYYAT
19:36 / 06.11.2023
590

"Hazırkı vəziyyətdə neft sektorunu qeyri-neft sektoru ilə əvəz edə bilmərik". 

Bu sözləri Hit.az-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.

O bildirib ki, amma tədricən əlbəttə ki, qeyri-neft sektorunun payı artacaq:

"Biz də bu prosesi sürətləndirməliyik. Bir də ki məmur sinifinin sahibkarlara təzyiqini azaltmalıyıq.  Müdaxilələr çoxdur. Neft amilindən asılılığı qeyri-neft sektoru ilə azaldırıq. Tədricən bu proses gedir. İlbəil faiz dərəcəsində dəyişikliklər var. Rahat 5-6 ilə qeyri-neft sektorunun payını 25 faizə qədər yüksəldəcəyik".

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə gəlirlərinin 2023-cü və 2022-ci ilə nisbətən azalmasına münasibət bildirib.

Maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib ki, büdcə gəlirlərinin azalmasının səbəbləri bəllidir.

Samir Şərifov qeyd edib ki, bunun səbəbi neft sektorunda hasilatın azalmasıdır.

Aynur Əli

0