Minimum əməkhaqqı artırılmayacaq? - "Bu, doğru qərardır"

İQTİSADİYYAT
14:57 / 15.11.2023
723

Azərbaycanda gələn il minimum əməkhaqqının artırılması gözlənilmir.

Bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində də öz əksini tapıb. Belə ki, 2024-cü ildə minimum əməkhaqqının dəyişməyərək 345 manat miqdarında qalacağı proqnozlaşdırılır.

İqtisadçı Elçin Rəşidov HİT.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artırılmaması düzgün qərardır:
"Minimum əməkhaqqını artırmaqla ölkə iqtisadiyyatını böyütmək mümkün deyil. Ümumiyyətlə, bu ilin sonuna qədər inflyasiyanın təxminən 11% olacağı gözlənilir. Hazırda minimum əməkhaqqı 345 manatdır. Gələn ildə də bu rəqəmin 345 manat olması gözlənilir. Lakin bu, 2024-cü il ərzində dəyişə bilər".

Ekspert qeyd edib ki, 2024-cü ildə minimum əməkhaqqının 345 manat olacağı və qalacağı təqdirdə, real rəqəmdə inflyasiya qədər - təxminən 11% azalacaq:

"Yəni iqtisadi qiymətlərlə minimum əməkhaqqı 2023-cü ilin 305-310 manatı miqdarı qədər olacaq. Keçən il minimum əməkhaqqı 300 manatdan 345 manata qədər artırılarkən təxminən o vaxtkı inflyasiya qədər artırılmışdı. Bu il isə artırılmadı. Mən bunun doğru qərər olduğunu hesab edirəm. 

Çünki ölkədəki əməkhaqqı nominal qiymətlərlə artmayacağı təqdirdə, minimum əməkhaqqının da qaldırılmaması ümumi iqtisadi proporsiyalar baxımından doğru qərardır. Bunun əksi istehsal edən iqtisadi subyektlər üçün əlavə təzyiqlər yaradardı".

Pərviz

0