Dövlət Radiotezliklər İdarəsi “Şam” MMC-ni məhkəməyə verib.
Hit.az xəbər verir ki, İdarənin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Zaur Pirverdiyevin icraatındadır.
Dekabrın 11-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
Anar