“Azərbaycanda saxta spirtli içkilər əsasən şadlıq evləri, kafelər və restoranlarda satılır”.
Bunu Hit.az-a şərhində Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, insanlar saxta içkiləri ayırd edə bilmirlər:
“İstehlakçılar spirtli içki alanda onun aksiz markasına baxmalıdırlar. Aksiz markasının üstündə gümüşü zolaq var və onun içərisində Azərbaycanın gerbi görsənməlidir. Yoxdursa, demək saxtadır. Əhali bilməlidir ki, araq bir ildən, şərab 6 aydan, konyak isə 3 ildən artıq saxlanılmır. Hansı içkinin üzərində istehsal tarixi və son istifadə müddəti varsa, ondan istifadə etsinlər. Əks halda zəhərlənə bilərlər”.
AİB sədri vurğulayıb ki, bəzi restoranlarda müştərilərə brend adı ilə saxta içkilər təklif edirlər. İnsanlar da bunun fərqində olmurlar.
Sevinc