Şəmkirdə qanunsuz tikililər sökülüb - VİDEO

İQTİSADİYYAT
15:59 / 25.11.2023
399

Şəmkir rayonunda qanunsuz tikililər sökülüb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonunun Abbaslı kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan bir neçə ünvanda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən qanunsuz tikililər sökülüb.

 

0