Vitrinlərə qoyulmuş xarici məhsullar niyə dogma dilimizdə yazılmır?

İQTİSADİYYAT
20:32 / 29.11.2023
354

Vitrinlərə qoyulmuş bir çox ərzaq məhsullarının üzərində rus markaları, yaxud rus dilində yazılarla hər gün hamımız qarşılaşırıq. 

Zahiri görünüşünə görə bu malların Rusiyada istehsal edildiyi barədə təəssürat yaranır.

Məlumdur ki, Azərbaycan bazarında yerli məhsullarla yanaşı , xarici ölkələrdə istehsal olunan məhsullar da satılır. 

Maraqlıdır ki, xaricdə istehsal olunan məhsullarla yanaşı, yerli məhsulların da bəzilərinin adı xarici dildə, əsasən də rus dilində yazılır.

Yerli məhsulun üstündəki ad və onun haqqındakı informasiya niyə xarici dildə yazılır?

Azad İstehlakçılar Birliyinin (AiB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında qeyd edib ki, “Dövlət dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən dondurmalar xarici dillə yanaşı milli dildə markalanmalıdır:

“Yerli istehsal məhsulları isə, əlbəttə, yerli dildə markalanmalı, istehsal olunmalıdır. Bu, qanunun pozulmasıdır. İstehlakçıların beynəlxalq və yerli hüquqlarından biri olan mal haqqında informasiya almaq hüququnun pozulmasıdır. Yerli istehsal olan məhsulun üzərinin xarici dildə yazılması istehlakçıların çaşdırılmasıdır. Əhalini aldatmaq üçün belə bir addım atılırsa, bu yolverilməzdir. Bu, istehlakçıları aldatma jestidir”.

Sevinc

0