Avropa bazarında təbii qazın qiyməti nə üçün ucuzlaşır? - RƏY

İQTİSADİYYAT
12:05 / 30.11.2023
451

Avropada təbii qazın qiyməti ucuzlaşmağa davam edir.

Belə ki, artıq Avropada qazın qiyməti 490 dollara qədər düşüb. Maraq üçün qeyd edək ki, keçən ilin 7 mart tarixində Avropada təbii qazın qiyməti rekord qıraraq 3900 dollara qədər yüksəlmişdi. Lakin son zamanlarda qiymətlərin aşağı enmə tendensiyasının davam etdiyi müşahidə olunur.

Ümumiyyətlə, təbii qazın qiymətinin ucuzlaşması nə ilə bağlıdır?

Məsələ ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə qazın ucuzlaşmasının bir neçə səbəbi olduğunu deyib:

338926

"Birincisi, Avropada təbii qaz depoları kifayət qədər doludur. İkincisi, Avropa, ABŞ, Çin başda olmaqla dünya iqtisadiyyatında iqtisadi artım sürətində yavaşlama gözləntisi yaradıb. Artıq bunun əlamətləri də üzə çıxır. Bu gözlənti enerjiyə olan tələbi, o cümlədən də təbii qaza olan tələbi azaldır".

Ekspert qeyd edib ki, Avropada da havalar gözləniləndən isti keçir, daha mülayim iqlim müşahidə olunur və bunun davam edəcəyi proqnozlaşdırılır:

"Eyni zamanda, ABŞ neft və qaz bazarında daha böyük həcmdə təkliflə çıxış etməyə başlayıb. Bütün bu amillər bir araya gəldikdə, xammal bazarında, o cümlədən də təbii qaz bazarında qiymətlərin kəskin aşağı düşməsi müşahidə edilir".

Pərviz

0