Zəlzələdən qorunmaq üçün sığınacaqlar varmı?

İQTİSADİYYAT
19:38 / 07.12.2023
523

“Zəlzələ və ya hərhansı bir təbii fəlakət zamanı sığınacaqlar olmalıdır”.

Bu sözləri Hit.az-a şərhində daşınmaz əmlak məsələləri üzrə Elnur Fərzəliyev deyib. 

Onun sözlərinə görə, zəlzələ zamanı sığınacaqlar kimi istifadə olunan yerlər açıq sahələrdir. Bunun üçün parklar nəzərdə tutulub. 

Yəni zəlzələ və yaxud yanğın hadisələri zamanı insanların toplanış yerləri belə ərazilər olmalıdır.

Normativlərə görə, binalarla parklar arasında məsafə olmalıdır ki, hər hansısa bina dağılan zaman onun dağıntıları parkda olan insanlara xətər yetirməsin:

“Yeraltı metro stansiyalar, yeraltı keçidlər əsaslı-keyfiyyətli tikilərsə, onların özü də çox güclü zəlzələyə davamlıdır. Zəlzələ zamanı onlardan sığınacaq kimi istifadə etmək mümkündür. Bu metro və yeraltı keçidlər şəhər mərkəzində yerləşir, paytaxtın hər tərəfində belə sığınacaq yerləri yoxdur. Sığınacaqların sayı da, barmaqla sayılacaq qədərdir ki, onların da vəziyyəti o qədər də ürək açan deyil”.

Sevinc

0