Neftimiz neçəyə satılır?

İQTİSADİYYAT
09:41 / 08.12.2023
302

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.39 dollar və ya 0.49% azalaraq 78.72 ABŞ dollarına enib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 75,23 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0