“Azvitamin” MMC barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (Qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) maddəsi ilə ittiham edilir.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Dekabrın 21-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
447.0.4-cü maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Anar