Qaydaları pozan motosiklet və moped sürücülərinə qarşı hansı addım atılmalıdır?

İQTİSADİYYAT
18:55 / 13.12.2023
489

Motosiklet və moped sürücülərinin əksəriyyəti tez-tez qaydaları pozurlar. 

Onlar, qırmızı işıqda keçirlər, səki ilə hərəkət edirlər. Nəticə etibarilə, həm özlərinin, həm də başqalarının həyatlarını təhlükəyə atırlar. 

Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında təəssüflə bildirib ki, belə hallar baş verir:

339785

"Motosiklet və moped sürücülərinin bu qayda pozuntuları ilə mübarizə aparmaq üçün mütləq insanların yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" Qanunun minimum anlayışları bilməlidirlər. Onlardan necə faydalanmaq lazım olduğunu da öyrənilməlidir. Bu qaydalar öyrənilməsə və onlara riayət edilməsə şübhəsiz ki, belə hadisələr çoxalacaq. Sözügedən qayda pozuntuları nəticəsində baş verən qəzalar nəticəsində isə çox sayda insan yaralana və həyatını itirə bilər".

Ekspert atılacaq addımlardan da danışıb:

"Bunların qarşısını almaq üçün birmənalı olaraq sürücülərə "Yol hərəkəti haqqında" Qanun və yol hərəkətinin qaydaları öyrədilməlidir. Hər bir şəxs yol hərəkətinin bütün qaydalarını bilməlidir. Əgər öyrənməsələr nə qədər cərimə də olunsalar, inzibati olaraq həbs edilsələr yenə xeyri olmayacaq. Çünki bu effekt verməyəcək. Yəni ilk növbədə sözügedən qaydaları mənimsəmək labüddür".

Pərviz

0