“AZ-Petroleum” məhkəmə qarşısında

İQTİSADİYYAT
18:40 / 13.12.2023
365

“AZ-Petroleum” MMC cərimələnə bilər. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub. 

İşə Nərimanov Nərimanov Rayon Məhkəməsində baxılacaq. Dekabrın 21-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. 

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Anar

0