Kompensasiyanın məbləği nə qədər olmalıdır? - VİDEO

İQTİSADİYYAT
10:27 / 17.12.2023
465

Hazırda paytaxtda söküntü işləri aparan Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi vədini verir.

Halbuki həmin evlərin kvadrat metrini iki, hətta üç dəfə baha qiymətə satırlar.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə qeyd edib ki, vətəndaş evini istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı tərəflə danışıqlar aparılmalıdır.

Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən R.Osmanlı qeyd edib ki, bu layihələrlə bağlı qaydalar dəyişib:

“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi. Yeni qaydalarda paytaxt üzrə sıxlıq əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir”.

 

0