“Azsığorta” MTK-nı və “Azərsu”nu məhkəməyə verdi

İQTİSADİYYAT
19:27 / 18.12.2023
503

“Azsığorta” ASC “Xətai” Mənzil-Tikinti Kooperativini (MTK) və “Azərsu” ASC-ni məhkəməyə verib. 

Hit.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

İş hakim Zeynəb Axundovanın icraatındadır. 

Məhkəmə çəkişməsinin səbəbi barədə məlumat yoxdur. 

“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Anar

0