\"Bolt\" qiyməti bahalaşdırmayıb? - Ekspert

20:58 / 19.12.2023
310

"Azərbaycanda taksi fəaliyyətində hər hansı qiymət artımı baş verməyib".

Bunu HİT.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı “Bolt” taksi şirkətinin gediş haqqını 10 faiz artırmasından danışarkən deyib. 
O, yaxın aylarda belə bir addımın gözlənilmədiyini vurğulayıb:

“Minumum qiymət müəyyənləşib, 2 manat 50 qəpikdən aşağı qiymət olmamalıdır. Başqa hər hansı tələb yoxdur. Bu baxımdan hansısa şirkətin qiymət artımına getməsi sadəcə bir məlumatdır. İnanmıram ki, bu qiymət artımı baş verəcək. 10% qiymət artırmaq həmin şirkətin məhv olması deməkdir”.

Elməddin Muradlı belə bir qərarın düşünülmüş addım olmadığını hesab edir. 

Qeyd edək ki, “Bolt” taksi şirkəti gediş qiymətini 10 faiz artırıb. Hazırda “Bolt” və digər taksi xidmətlərində minimal gediş haqqı 2.50 AZN-dir.

Azra 

0