Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.
Maraqlıdır, uçot dərəcəsinin azalması kredit faizlərinə təsir edəcəkmi?
Iqtisadçı Natiq Cəfərli Hit.az-a şərhində bildirib ki, uçot dərəcəsinin azalması gözlənilən idi. Ancaq uçot dərəcəsinin aşağı salınmasının inflyasiya göstəricilərinə birbaşa təsiri yoxdur. Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətlərindən irəli gələrək, ölkəmizdə uçot dərəcəsi inflyasiyaya birbaşa təsir göstərmir:
“Uçot dərəcəsi kredit faizlərinə təsir göstərir. Mərkəzi Bank uçot dərəcəsini aşağı saldıqca, belə bir şans və ümid yaranır ki, banklar da kredit faizlərini aşağı çəkəcəklər. Bununla bağlı müəyyən gözləntilər formalaşır”
Sevinc