“Azərbaycanda rayon yolları, daxili yolların yurisdiksiyası ilə bağlı problem var. Bəziləri “Azəryolservis”in nəzdindədir, bəziləri icra hakimiyyətlərinin, hətta bəzi yollar bələdiyyənin balansındadır. Bu cür çox ciddi idarəetmə problemi var”.
Bu sözləri Hit.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, bütün iç, ara, respublika əhəmiyyətli olmayan yolların təmiri bələdiyyə məclisinə, sədrinə tapşırılmalıdır. Onlar da vətəndaş qarşısında məsuliyyətli şəkildə bu işi yerinə yetirməlidirlər:
“Böyük şəhər bələdiyyələrinin yaradılması infrastruktur layihələrində müsbət təsir göstərə bilər”.
Sevinc