Natiq Cəfərli: “Məhdudiyyətlərin olması iş adamlarına da, biznes çevrələrinə də mənfi siqnallar verir”

İQTİSADİYYAT
18:12 / 26.12.2023
360

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.

Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.

İqtisadçı Natiq Cəfərli Hit.az-a şərhində bildirib ki, yeni qaydalar bu məsələnin rəsmi şəkildə tətbiqinə imkan verəcək: 

“Belə qərarlar yaxşı deyil, çünki belə məhdudiyyətlərin olması iş adamlarına da, biznes çevrələrinə də mənfi siqnallar verir. Ona görə də mən düşünürəm ki, belə qərarların verilməsi əvvəlcədən düşünülməlidir. İstənilən xarici investor belə məhdudiyyətlərin olduğunu bilsə, Azərbaycanla bağlı fikri varsa, bu fikirdən daşınacaq. Bir müddət sonra bu məhdudiyyətlər də heç bir effekt verməyəcək”.

Sevinc

0