Dövlət agentliyi ASC-ni məhkəməyə verdi

İQTİSADİYYAT
18:43 / 26.12.2023
362

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Global Leasing” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. 

Hit.az xəbər verir ki, Agentliyin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Nərmin Əhmədova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. 

Anar

0