“BMY Caspian” məcburi auditdən yayınmada ittiham edilir

İQTİSADİYYAT
19:30 / 26.12.2023
374

“BMY Caspian” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham olunur. 

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. 

9 yanvar 2024-cü ilə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək. 

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Anar

0