“Naxçıvanbank” nazirliyi məhkəməyə verdi

İQTİSADİYYAT
19:00 / 27.12.2023
640

“Naxçıvanbank” ASC Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyini məhkəməyə verib. 

Hit.az xəbər verir ki, bank nazirliklə yanaşı “Naxçıvan Məhsulları” və Naxçıvan MR Maliyyə Nazirliyi barəsində iddia qaldırıb.
İşə Naxçıvan MR Kommersiya Məhkəməsində baxılacaq. 

11 yanvar 2024-cü il tarixə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

İclas hakim Elşən Salmanovun sədrliyi ilə keçiriləcək.

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

Anar

0