"Zaman-zaman fəsillərlə əlaqədar olaraq təlabat artanda yumurtanın qiyməti bahalaşır".
Bu sözləri HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, yumurtanın qiymətinin ucuzlaşması və ya bahalaşması təkcə bugünün məsələsi deyil:
"Bəzən də yumurtalar çox satılmadığı üçün satıcılar qiymətləri aşağı salırlar. “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin verdiyi məlumata görə, ölkə ərazisində yumurtaya gündəlik təlabat təqribən 3,2-3,6 milyon ədəddir. Günlük istehsal isə təxminən 4,2-4,6 milyon ədəddir. Yəni gündəlik olaraq təqribən tələbdən 30% artıq istehsal edirik".
Ekspert qeyd edib ki, Azərbaycanın Rusiyaya yumurta ixrac etməsinin daxili bazarda qiymətlərə təsir etməsini iddia etmək doğru deyil:
"Çünki Rusiyaya 3-4 maşın yumurta göndərməyin Azərbaycandakı müvafiq bazardakı qiymətlərə təsir etməsi qeyri-mümkündür. Amma ümumi şəkildə yumurtanın bahalaşması həm ona olan tələbatının artması ilə, həm də ixracatın tədricən genişlənməsi ilə bağlıdır. Buna baxmayaraq, indiki qiymət artımını sadəcə Rusiyaya yumurta göndərməklə əlaqləndirmək yanlışdır. Ümumiyyətlə, heç bizim bir günlük istehsalımızın yarısı qədər yumurta ixrac edilməyib".
Pərviz