“Şaiqoğlu” 6000 manat cərimələnə bilər

İQTİSADİYYAT
18:30 / 28.12.2023
412

“Şaiqoğlu” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (Qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə) maddəsi ilə ittiham olunur. 

İşə Nizami Rayon Məhkəməsində baxılacaq. 

447.0.4-cü maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Anar

0