Suyun keyfiyyəti ilə bağlı narazılıqlar artır

İQTİSADİYYAT
18:39 / 29.12.2023
344

Son illər Azərbaycanda, xüsusən Bakıda əhali içməli suyun çirkliliyindən və keyfiyyətsizliyindən şikayətlənir.

Vəziyyət o həddə çatıb ki, ya su filtlərindən istifadə edir, ya da marketlərdən aldığımız suya üstünlük veririk.

İqtisadçı-ekspert Natiq Cəfərli Hit.az-a şərhində bildirib ki,  suyun keyfiyyəti ilə bağlı həqiqətən ciddi şikayətlər var: 

“Son zamanlar da problem və şikayətlər artır. Ona görə də, bu sahədə köklü dəyişiklikləörə ehtiyac var. Ola bilər, su paylanılması, idarə edilməsi dövlətdən alınıb özəl sektorlara verilsin və suyun keyfiyyəti ilə bağlı daha kəskin tələblər qoyulsun. İndiki halda dövlətin əlindədirsə, keyfiyyət tələblərinin qoyulması da heç bir effekt vermir”.

Sevinc

0