Nazirin bacanağının bankı 3 şirkəti məhkəməyə verdi

İQTİSADİYYAT
19:19 / 29.12.2023
710

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Purhase House " MMC,  "BTZ" MMC və “Lekar LTD” MMC-ni məhkəməyə verib. 

Bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

İş hakim Emin Əliyevin icraatındadır. 25 yanvar 2024-cü il tarixə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"AFB Bank” ASC-nin səhmlərinin 99,6 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. 
Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır.

Anar

0