Səidə Sultanın adı torpaq qalmaqalında - Nə baş verib?

İQTİSADİYYAT
20:00 / 30.12.2023
474

Müğənni Səidə Sultanın da adı hallanan torpaq qalmaqalı davam edir. 

Qaynarinfo xəbər verir ki, bu iş üzrə iddiaçı qismində çıxış edən Adil Əliyev apellyasiya mərhələsində də nəticə əldə edə bilmədiyinə görə Ali Məhkəməyə kassasiya şikayəti verib. Onun şikayətinə hakim Zakir Əliyevin sədrliyi ilə baxılacaq. 

Məlumat üçün deyək ki, Adil Əliyev bu iş üzrə Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. 

Adil Əliyev bu iş üzrə Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Səidə Sultan isə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. Bu o deməkdir ki, Adil Əliyevlə Bakı Şəhər İcra Hakimiyyəti arasındakı mübahisədə müğənni də iştikaçıdır. 

Məsələnin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur. Tərəflərdən də məhkəmə çəkişməsinin detallarını öyrənmək mümkün olmayıb. 

0