Tətildən sonra işə necə uyğunlaşmalı?

İQTİSADİYYAT
14:47 / 07.01.2024
401

7 günlük Yeni il tətilini geridə qoyduq. Yeni iş həftəsində hər kəsi narahat edən işə adaptasiya prosesidir.

Bayram məzuniyyətləri bizə gücümüzü bərpa etməyə kömək etsə də, yenidən işə qayıtdıqda uyğunlaşmağımıza çətinlik törədir. İlk baxışda məzuniyyətdən sonra birbaşa ofisə dönərək işə başlamaq olduqca asan görünür. Lakin heç də belə deyil.

Bəs tətildən sonra yaranmış tənbəllikdən ən tez şəkildə necə xilas olmaq olar? İşə adaptasiya olmaq üçün nə edilməlidir?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, bayram, qısa tətil və məzuniyyətlərdən sonra bir qisim insan işə adaptasiya olmaqda müəyyən problemlər yaşayırlar:

“Bir insan sevdiyi işlə məşğul olursa, məzuniyyət və ya ezamiyyətdən sonra işə adaptasiya prosesində xüsusi bir çətinlik yaşamır. Tətildən sonra işə adaptasiyada çətinlik yaşayan insanlar 1-2 gün çətinlik yaşaya bilərlər Yarımçıq qalan işlər tamamlandıqdan sonra gərginlik geridə qalır və insan rahat bir şəkildə işə fokslana bilir. Ona görə, ilk növbədə təcili görüləcək işləri həyata keçirməyə, kollektivdə pozitiv ab-hava yaratmağa diqqət yetirmək lazımdır”.

Sevinc

0