Xəbər verdiyimiz kimi, ölkədə quzu ətinin qiyməti kəskin bahalaşıb.
Belə ki, quzu ətinin bir kiloqramı ötən gündən etibarən 20 manata təklif olunur. Bu isə əvvəlki günlərlə müqayisədə 3-4 manat artım deməkdir.
Bəs quzu ətinin bu qədər bahalaşmasına səbəb nədir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, quzu ətinin bahalaşmasına səbəb təlabatın artmasıdır:
"Yəni qoyun-quzu yetişdirilməsi çoxalmır, amma əhalinin təlabatı artır. Xüsusilə də insanlar bayram vaxtlarında kabab yeməyə meyilli olurlar. Əsasən də quzu ətindən olan kabab yeyildiyi üçün tələbatda kəskin sıçrayış olur. Bu da bayram günlərində quzu ətinin qiymətinin bahalaşmasına gətirib çıxarır. Məncə, əsas səbəb budur".
Pərviz