"Azərbaycanda inzibati məzənnə sistemi olduğu üçün valyutada 5 ildən çoxdur ki, sabitlik var. Bu səbəbdən valyutaya yönələn yatırımlar azalıb. Məzənnə sabitliyi olduğu üçün əhali valyuta ilə depozit saxlamaqda maraqlı deyil".
Bu sözləri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, qızılın qiyməti geosiyasi gərginlik zamanı artır, sonradan ucuzlaşır. Bu səbəbdən qızıl saxlamaq cəlbedici deyil. Azərbaycanlıların ən sevdiyi yatırım növü daşınmaz əmlakdır. Təəssüf ki, bu sahədə ciddi qiymət artımı var.
Sevinc