AMEA bu il binanın mühafizəsinə 300 min manat xərcləyəcək

İQTİSADİYYAT
23:58 / 08.01.2024
320

Azərbaycam Milli Elmlər Akademiyasının (AMEA) paytaxtın Hüseyn Cavid prospektindəki inzibati binasının mühafizəsinə xərcləyəcəyi vəsait açıqlanıb.

Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Belə ki, AMEA cari il üçün sözügedən binanın mühafizəsinə 300 000 manat vəsait sərf edəcək.

12 ay ərzində inzibati binanın mühafizəsi hər gün növbəli rejimlə 24 saat ərzində təmin ediləcək.

1