Uzun, bəzəkli dırnaqlı xanımların nəzərinə - Dırnaqlarınız çürüyə bilər

İQTİSADİYYAT
22:59 / 09.01.2024
396

Belə bir deyim var-baxımlı xanım əllərindən bilinər. Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir. Etiraf edək ki, son illər manikürsüz xanımları az görmək olar.

Küçədə, metroda, işdə uzun və müxtəlif rəngli, naxışlı dırnaqları olan xanımlarla tez-tez rastlaşırıq. Bu tendensiyanın artmasının əsas səbəbi dırnaq qaynaqları və şellaklardır. Bəs dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var?

Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi?

Kosmetoloq Aynur Rüstəmova Hit.az-a qeyd edib ki, qaynaq və şellak dırnaqlarda sınmalara, travmalara səbəb olur və ən pis halda göbələk xəstəliyi yaradır:

"Həm qaynaq, həm də şellak - fərq etmir gel, ya akril zamanı dırnaqlar travma alır. Sadəcə, şellak zamanı travma nisbətən az olur. Əsas səbəb dırnağın parıldadılması, "polirovka" olunmasıdır, yəni üst qatının qaşınması, soyulmasıdır. Travma isə onixomikoz xəstəliyinə zəmin yaradır. Onixomikoz - dırnağın göbələklə zədələnməsi çox yayılmış xəstəlikdir. Dırnaq qaynağı zamanı dırnaq bilərəkdən zədələnir, yəni travma alır, sonra üstü örtülür və protez dırnağın altında anaerob (havasız) mühit yaranır. Bu iki faktor onixomikozun inkişafına münbit şərait yaradır. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox halda göbələkli dırnağın üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə olan halda müalicə də uzun zaman tələb edir".

Sevinc

0