Pensiyalar bu qədər artacaq - RƏSMİ

İQTİSADİYYAT
12:34 / 10.01.2024
328

“Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:

“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir”.

0