Düyünün qiyməti qalxacaqmı?

İQTİSADİYYAT
15:40 / 10.01.2024
549

Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.

Qiymət artımına səbəb olaraq , havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.  

Məlumat üçün bildirək ki, ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq, 50,2 min ton olub.

Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.

Maraqlıdır, bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi?

 

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Hit.az-a bildirib ki, Azərbaycan düyüyə olan təlabatını daxili istehsal hesabına ödəyə bilmir. Dünya bazarında düyünün qiyməti artdıqda ölkə bazarına dərhal təsir edir:

“Dekabr ayında isə BMT- nin FAO təşkilatı öz hesabatını yayıb. Göstərilir ki, düyünün məbləği dünya bazarında 1.6 faiz artıb. Bu artımın səbəbi qlobal istiləşmə nəticəsində istehsalda müəyyən problemlər yaranmasıdır. Ümumiyyətlə, gələcəkdə də qiymətin artacağı gözləniləndir. Çünki bu sahədə nə istesal, nə də qiymətlər dayanıqlı deyil. Azərbaycanda xarici idxaldan aslı olduğuna görə, dünya bazarında qiymətlər artsa, bizdə də artacaq”.

Sevinc

0