Azərbaycanın bir sıra şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalar təmir olunacaq.
Bu barədə İqtisadiyyat.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat əldə edib.
Belə ki, təmir işləri Bakı, Sumqayıt və Abşerondakı məcburi köçkünlərin məskunlaşdığı binalarda aparılacaq.
Eyni zamanda, Mingəçevir şəhərlərində, Göygöl, Yevlax, Qazax, Qobustan, Şamaxı, İsmayıllı və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçiriləcək.